Arda Turan bundan sonra İspaniya klubunu çalışdıracaq?

29 Dekabr 2024 13:10 Türkiyə 1 210
Arda Turan bundan sonra İspaniya klubunu çalışdıracaq?

Arda Turan La Liqa klubunun baş məşqçisi ola bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə “Ajansspor” məlumat yayıb.

Bildirilib ki, türkiyəli mütəxəssis İspaniya La Liqasında Çempionlar Liqası səviyyəsində bir klubla razılaşmaq üzrədir.

Onun 10 gün ərzində “Eyüpspor”dan ayrılması gözlənilir.

Arda məşqçilik karyerasına 2023-cü ilin aprelində “Eyüpspor”da başlayıb.

Turan futbolçu karyerasında İspaniyanın “Atletiko” və “Barselona” klublarında formda geyinib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti