Azərbaycanlı hücumçunu bu məşqçi çalışdıracaq

28 Dekabr 2024 02:00 Türkiyə 1 240
Azərbaycanlı hücumçunu bu məşqçi çalışdıracaq

Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun çıxış etdiyi "Ankaragücü"nün yeni baş məşqçisi müəyyənləşib.

Sportinfo.az 1-ci liqa təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, paytaxt təmsilçisini Kemal Özdeş çalışdıracaq.

Onunla 1,5 illik müqavilə imzalanıb. 54 yaşlı mütəxəssis bu vəzifədə Kenan Koçakı əvəzləyib.

Kemal Özdeş son olaraq "Kasımpaşa"nı çalışdırıb. O, 2023-cü ilin noyabr ayından işsiz idi.

"Ankaragücü" 1-ci liqada 23 xalla 8-ci pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti