Tanınmış klubda istefalar davam edir – Bu dəfə baş məşqçi gətdi

30 Noyabr 2024 00:00 Türkiyə 584
Tanınmış klubda istefalar davam edir – Bu dəfə baş məşqçi gətdi

“Beşiktaş”da istefalar davam edir.

Sportinfo/az xəbər verir ki, bu dəfə baş məşqçi Covanni van Bronxost İstanbul təmsilçisindən ayrılıb.

Bildirilib ki, o, uğursuz nəticələrə görə komandadan gedib. Hollandiyalı məşqçini türkiyəli mütəxəssis Sərgən Yalçının əvəzləyəcəyi deyilir.

“Beşiktaş” ötən gecə Avropa Liqasının əsas mərhələsinin 5-ci turunda İsrailin “Makkabi” (Təl-Əviv) klubuna 1:3 hesabı ilə uduzub.

Bundan öncə klubun prezidenti Hasan Arat, idman direktoru Samet Aybaba, vitse-prezident Onur Göçmez və İdarə Heyətinin məsləhətçisi Bradley Fridel də istefa verib.

Digər Xəbərlər
Xəbər Lenti
15 İyul 18:10 Çək və bizə göndər!