I Liqa klubu baş məşqçisini istefaya göndərdi – 9 aydan sonra

7 May 2024 00:00 Türkiyə 817
I Liqa klubu baş məşqçisini istefaya göndərdi – 9 aydan sonra

Türkiyə I Liqasında mübarizə aparan "Sakaryaspor" baş məşqçi Tuncay Şanlını istefaya göndərib.

Sportinfo.az xəbər verir ki, 42 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Tuncay Şanlı 2023-cü ilin sentyabr ayında baş məşqçi təyin olunmuşdu. Komanda I Liqada 33 turdan sonra 57 xal toplayıb və turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti