“Qalatasaray” 1 illik yeni sözləşmə imzalayacaq - Bu hücumçu ilə

6 May 2024 22:00 Türkiyə 855
“Qalatasaray” 1 illik yeni sözləşmə imzalayacaq - Bu hücumçu ilə

"Qalatasaray"la müqaviləsi mövsümün sonunda başa çatan Dris Mertens gələcəyi ilə bağlı qərar verib.

Sportinfo.az xəbər verir ki, belçikalı hücumçu İstanbul təmsilçisini tərk etməyəcək. Bu barədə yerli mətbuat məlumat yayıb.

37 yaşlı futbolçu "sarı-qırmızılar"la 1 illik yeni sözləşmə imzalayacaq. Təcrübəli forvard yeni müqavilə ilə daha az maaş alacaq.

Dris Mertens 2022-ci ilin yayından "Qalatasaray"da çıxış edir. Ulduz futbolçu bu mövsüm komandanın heyətində meydana çıxdığı 48 rəsmi matçda 11 qol və 17 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
28 Oktyabr 04:30 "Çempionlarla bir ay"