Levandovskini almaq istəyir - “Beşiktaş” fürsət axtarır

3 May 2024 18:20 Türkiyə 888
Levandovskini almaq istəyir - “Beşiktaş” fürsət axtarır

“Beşiktaş” “Barselona”nın hücumçusu Robert Levandovskini almaq istəyir.

Sportinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul təmsilçisinin prezidenti Hasan Arat fürsət yaransa, yaxın münasibətlərindən istifadə edəcəyini bildirib.

Maddi cəhətdən çətin transfer kimi görünsə də, “Beşiktaş”ın bunun üzərində çalışacağı vurğulanıb.

Klub rəsmisi Hasan Arat bundan öncəki Ernest Muçi transferində Polşa prezidenti Andrey Dudadan dəstək almışdı.

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
28 Oktyabr 04:30 "Çempionlarla bir ay"