COP29

“Qalatasaray” azərbaycanlı məşqçi ilə anlaşmaq istəyir

1 May 13:00 Türkiyə 3 575
“Qalatasaray” azərbaycanlı məşqçi ilə anlaşmaq istəyir

Azərbaycanda “Qalatasaray”ın rəsmi idman akademiyası fəaliyyətə başlayıb.

Bu barədə Sportinfo.az-a İstanbul klubunun İdarə Heyətinin üzvü Emin İmanov məlumat verib.

O, Azərbaycanda idman məktəbləri layihəsi üzərində işlədiklərini, bir neçə növü əhatə edəcəklərini bildirib.

Azərbaycanlı funksioner artıq akademiyaya seçim mərhələsinin start götürdüyünü, Bakıda bir sıra rəsmi dairələrlə görüşlər keçirdiklərini söyləyib:

“Bu layihənin icrasına ötən ildən başlamışıq. Bundan əvvəl futbol, voleybol, basketbol məktəblərimiz var idi.

Biz qərara gəldik ki, bu məktəbləri “Qalatasaray” idman məktəbi adı altında birləşdirək və öncül təhsil mərkəzləri ilə müqavilə bağlayaq, bu idman məktəbini açaq.

Çünki “Qalatasaray” təkcə futboldan ibarət deyil. Biz Türkiyənin böyük idman klublarından biriyik.

Bu layihəni Türkiyədə başlatdıq. Ondan sonra Şimali Kiprdə davam etdirdik.

Üçüncü ölkə olaraq Azərbaycandayıq. Hazırda Bakı şəhərində bu işə başlamışıq.

Məşqçilər yalnız Azərbaycandan olacaq, yoxsa Türkiyədən də gələcəklər? Məsələn, voleybol üçün Alla Həsənova (yeniyetmə qızlardan ibarət yığmamızın çalışdırıcısı) kimi tanınmış simanı nəzərdə tutmuşuq.

Öndə gedən, təcrübəli mütəxəssislərlə işbirliyində maraqlıyıq. “Qalatasaray”ın basketbol sahəsinə cavabdehlik daşıyan şəxs hazırda Bakıdadır, görülən işlərə nəzarət edir.

Təbii ki, Türkiyədən də mütəxəssislər cəlb olunacaqlar. Hazırda bütün variantları gözdən keçiririk.

Namizədlər var, onlara bazırıq. Elə-belə iş görmək bizlik deyil. Bütün Azərbaycana səs salacaq iş görmək istəyirik”.

Digər Xəbərlər
Xəbər Lenti