“Fənərbaxça”nın hücumçusu təxribata məruz qaldı

16 Aprel 18:40 Türkiyə 245
“Fənərbaxça”nın hücumçusu təxribata məruz qaldı

“Fənərbaxça”nın hücumçusu Edin Ceko Konfrans Liqasının 1/4 final mərhələsinin “Olimpiakos”la ilk oyunundan sonra rəqib azarkeşlərin təxribatına məruz qalıb.

Sportinfo.az xəbər verir ki, Yunanistan klubunun azarkeşləri Cekonun “Restaurant EZZA” adlı restoranını nüfuzdan salmaq üçün kampaniya təşkil ediblər.

Onlar məşhur səyahət saytı olan “TripAdvisor”da restoran haqqında mənfi rəylər yazıblar.

“Georgios Karaiskakis” stadionunda keçirilən görüş “Olimpiakos”un 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Tərəflər arasında cavab görüşü aprelin 18-də İstanbulda keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 17:20 Nə istəyirsiz ondan?
29 Aprel 16:50 Çək və bizə göndər!
29 Aprel 12:40 "Qarabağ" SUSDU