Şeydayevin klubu Türkiyə Futbol Federasiyasının qərarına etiraz etdi

16 Aprel 02:50 Türkiyə 413
Şeydayevin klubu Türkiyə Futbol Federasiyasının qərarına etiraz etdi

Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevin çıxış etdiyi "Kocaelispor" klubu Türkiyə Futbol Federasiyasının (TFF) qərarına etiraz edib.

Sportinfo.az xəbər verir ki, bu barədə I Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Kocaeli klubu aprelin 3-də evdə "Göztəpə"yə 3:2 hesabı ilə qalib gəldikləri XXVIII turun matçında baş verənlərə görə cəzalanıb.

Komanda "Bandırmaspor" və "Sakaryaspor"a qarşı növbəti ev matçlarında bir sıra tribunalara azarkeş qəbul edə bilməyəcək.

"Kocaelispor" qərarın ləğv edilməsi üçün TFF-nin Arbitraj Şurasına müraciət ünvanlayıb.

Komanda ötən gün "Girəsunspor"u evdə məğlub edib - 2:0. İlk qolu 8-ci dəqiqədə Ramil Şeydayev vurub. Bölgə təmsilçisi hazırda 52 xalla 3-4-cü yerləri bölüşdürür.

Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 17:20 Nə istəyirsiz ondan?
29 Aprel 16:50 Çək və bizə göndər!
29 Aprel 12:40 "Qarabağ" SUSDU