"Dünən olduğu kimi, bu gün də, sabah da mövqeyimizdə dayanmağa davam edəcəyik"

9 Aprel 2024 00:00 Türkiyə 513
"Dünən olduğu kimi, bu gün də, sabah da mövqeyimizdə dayanmağa davam edəcəyik"

“Fənərbaxça”nın Türkiyə Superkubokunun “Qalatasaray”la matçının yarımçıq qalmasından sonra açıqlama yayıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı paylaşım edib.

“Meydançaya qalib gəlmək üçün deyil, həqiqəti müdafiəyə çıxdığımız üçün demək istəyirik ki, 117 illik tariximiz boyunca təkcə futbolda deyil, bütün növlərdə türk idmanına xidmət etmişik. Muzeyimizdə zəhmətlə qazanılmış minlərlə kubok var.

30 milyon azarkeşimizlə birlikdə ölkəmizin milli dəyərlərini paylaşırıq. Dünyanın ən böyük idman klubu olaraq, dünən olduğu kimi, bu gün də, sabah da mövqeyimizdə dayanmağa davam edəcəyik”.

Aprelin 7-də “Fənərbağça” və “Qalatasaray” komandalarının qarşılaşdığı Türkiyə Superkuboku matçı keçirilib.

Qarşılaşmanın ilk dəqiqəsində Mauro İkardi “Qalatasaray”ı hesabda irəli çıxarıb. Bu qoldan sonra fənərbaxçalılar meydanı tərk ediblər.

Beləliklə, “Fənərbaxça”ya texniki məğlubiyyət verilib. “Qalatasaray” Türkiyə Superkubokunun qalibi olub.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:40 Son söz AFFA-da!
13 Sentyabr 17:30 Çək və bizə göndər!
13 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 04:40 "Biz dominant olmuşuq"
13 Sentyabr 03:20 Kanadalı "Lənkəran"da