"Qalatasaray" qol vurdu, “Fənər” 1-ci dəqiqədə meydanı tərk etdi, superfinal baş tutmadı: VİDEO

8 Aprel 00:00 Türkiyə 438
"Qalatasaray" qol vurdu, “Fənər” 1-ci dəqiqədə meydanı tərk etdi, superfinal baş tutmadı: VİDEO

“Galatasaray” - “Fənərbaxça” arasında oynanılan Türkiyə Super Kubokunun finalı baş tutmayıb.

Sportinfo.az xəbər verir ki, buna səbəb “Fənərbaxça”lı futbolçuların meydanı tərk etməsidir.

Belə ki, oyun başlayan kimi Mauro İkardi qol vurub, daha sonra “Fənərbaxça”lı futbolçular meydanı tərk edib. Belədə hakim matçı dayandırıb və “Galatasaray” qalib elan olunub.

Bu addıma səbəb “Fənərbaxça” prezidenti Ali Koçun Türkiyə futbolunun idarəçilərinə etiraz etməsidir.

O, hakim təyinatlarına və “Trabzonspor” oyununda baş verənlərə görə Türkiyə Futbol Federasiyasına etirazını bu şəkildə bildirib.

Digər Xəbərlər
Xəbər Lenti