Qurban Qurbanova maraq göstərən klubun prezidenti dedi ki…

11 Aprel 2024 09:00 Türkiyə 9 067
Qurban Qurbanova maraq göstərən klubun prezidenti dedi ki…

“Beşiktaş”ın prezidenti Hasan Arat baş məşqçi məsələsinə aydınlıq gətirib.

Sportinfo.az xəbər verir ki, futbol funksioneri “Hürriyet”ə açıqlamasında yeni çalışdırıcıya ehtiyac duymadıqlarını söyləyib.

O, uğursuz nəticələrə baxmayaraq, hazırkı baş məşqçi Fernandu Santuşu postunda saxlayacaqlarını deyib:

“Fernandu Santuşa güvənirik. Belə olmasaydı, onunla bu yola çıxmazdıq.

Bura çətin vaxtda gəldi. Santuşla müqavilə müddəti bitənə qədər birlikdə çalışacağıq”.

Türkiyə mətbuatı “Beşiktaş”ın mövsümün sonunda “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovu təyin etmək istədiyini iddia edib.

Fernandu Santuşun İstanbul təmsilçisi ilə müqavilə müddəti 2025-ci ilin yayına qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
28 Oktyabr 04:30 "Çempionlarla bir ay"