Vitse-prezidentlə mübahisə etdi, qovuldu - Şahruddinin klubunda QALMAQAL!

27 Fevral 00:00 Türkiyə 328
Vitse-prezidentlə mübahisə etdi, qovuldu - Şahruddinin klubunda QALMAQAL!

Şahruddin Məhəmmədəliyevin formasını geyindiyi "Adana Demirspor"da qalmaqal yaşanıb.

Sportinfo.az xəbər verir ki, Super Liqa təmsilçisinin hücumçusu Mario balotelli əsas komandadan qovulub.

Adana təmsilçisi ölkə çempionatının 27-ci turunda səfərdə "Trabzonspor"a 0:1 hesabı ilə məğlub olub.

Komanda Trabzondan qayıdarkən Balotelli klubun vitse-prezidenti Gökhan Göktürklə mübahisə edib. Buna görə də ulduz futbolçu cəzalandırılıb.

Mario Balotelli bu mövsüm "Adana Demirspor"un heyətində meydana çıxdığı 8 matçda 4 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti