Sertan Taşkın 1 saatdan çox oynadı, komandası qazandı - VİDEO

12 Fevral 2024 09:00 Türkiyə 530
Sertan Taşkın 1 saatdan çox oynadı, komandası qazandı - VİDEO

Türkiyə 1-ci liqasında 22-ci turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, bu gün Azərbaycan millisinin müdafiəçisi Sertan Taşkının çıxış etdiyi “Manisa” “Girəsunspor”la qarşılaşıb və 2:0 hesablı qələbəyə sevinib.

Sertan start heyətdə meydana çıxıb və 88-ci dəqiqədə əvəzlənib.

“Manisa” bu nəticədən sonra 26 xalla 12-ci pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
10 İyul 16:10 Çək və bizə göndər!