Çempionatı tərk edəcək klubların sayı endirildi

22 Mart 2023 21:40 Türkiyə 576
Çempionatı tərk edəcək klubların sayı endirildi

Bu mövsümün sonunda Türkiyə Superliqasını tərk edəcək komandaların sayı bəlli olub.

Sportinfo.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb.

Ötən gün keçirilən iclasda qərara alınıb ki, "Hatayspor" və "Qaziantep"in zəlzələ səbəbindən çempionatda iştirakını dayandırdığı üçün elitanı 4 deyil, 2 klub tərk etsin.

Eyni qərar 1-ci liqaya da aid edilib.

Zəlzələ bölgəsinin təmsilçiləri "Adanaspor" və "Yeni Malatyaspor" liqadan çəkildiyi üçün bu yarışı da mövsümün sonunda 4 deyil, 2 komanda tərk edəcək.

Digər Xəbərlər
Xəbər Lenti