Pirlo "Yuventus"un hansı futbolçusunu Türkiyəyə gətirir?

23 İyun 22:00 Türkiyə 615
Pirlo "Yuventus"un hansı futbolçusunu Türkiyəyə gətirir?

"Fatih Karagümrük" heyətini yeni futbolçu ilə gücləndirməyi planlaşdırır.

Sportinfo.az xəbər verir ki, İstanbul təmsilçisi "Yuventus"un yarımmüdafiəçisi Aaron Remzinin xidmətində maraqlıdır.

Super Liqa klubunun baş məşqçisi Andrea Pirlo uelsli futbolçunun transferi ilə şəxsən məşğul olur. O, keçmiş oyunçusunu komandasında görmək istəyir.

Aaron Remzi son mövsümün ikinci yarısını icarə əsasında "Reyncers"də keçirib. 31 yaşlı yarımmüdafiəçi zədə səbəbindən Şotlandiya klubunun heyətində cəmi 10 matçda meydana çıxa bilib.

Digər Xəbərlər
Xəbər Lenti