“Trabzonspor” 38 ildən sonra Türkiyə çempionu oldu - VİDEO

1 May 2022 00:20 Türkiyə 874
“Trabzonspor” 38 ildən sonra Türkiyə çempionu oldu - VİDEO

Türkiyə Super Liqasında 2021/2022 mövsümünün çempionu sona 3 tur qalmış müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, XXXV turda evdə "Alanyaspor"la 2:2 hesablı heç-heçə edən "Trabzonspor" sona 3 tur qalmış qızıl medalları təmin edib.

Hesabı 3-cü dəqiqədə meydan sahiblərindən Andreas Kornelius açıb. 51-ci dəqiqədə Alassan Ndao bərabərlik qolunu vurub.

56-cı dəqiqədə Fredi Ribeyro "Alanyaspor"un qazandığı penaltini dəqiq yerinə yetirə bilməyib.

Əvəzində 62-ci dəqiqədə Dorukhan Toköz "Trabzonspor"u yenidən önə keçirib. 80-ci dəqiqədə isə qonaq komandadan Haci Rayt yekun nəticəni müəyyənləşdirib.

Bununla da xallarını 77-yə çatdıran "Trabzonspor" ən yaxın izləyicisi "Fənərbağça"nı 19 xal geridə qoyaraq, tarixində 7-ci dəfə ölkə çempionu olub.

"Zoğalı-mavilər" sonuncu dəfə 1983/1984 mövsümündə belə bir nailiyyətə imza atmışdılar.

“Trabzonspor” – “Antalyaspor” 2:2
Qollar: Kornelius, 3. D.Tokoz, 62 – Ndao, 51. Rayt, 80.

Digər Xəbərlər
Xəbər Lenti