“Xəyallarımız fərqli idi” – Burak Yılmaz

23 İyun 2021 14:10 Türkiyə 918
“Xəyallarımız fərqli idi” – Burak Yılmaz

Türkiyə milli komandasının futbolçusu Burak Yılmaz AÇ-2020-nin qrup mərhələsinin 3-cü turunda İsveçrəyə məğlub olduqları oyundan (1:3) sonra fikirlərini bildirib.

Sportinfo.az xəbər verir ki, 35 yaşlı hücumçu, turnirlə vidalaşmaları ilə bağlı bunları deyib:

“Çox yaxşı hazırlaşdığımızı düşünürdük. Mövsüm ərzində uğurlu və uğursuz olan futbolçularımız var idi. Xəyallarımız fərqli idi.

Bütün xalqımızdan üzr istəyirik. Ölkəmiz bizə bu formanı verib, onları yaxşı təmsil edə bilmədik. Haqqlarını halal etsinlər.

Niyyətimiz fərqli idi. Biz bura rekordlar qıraraq gəldik. Bir ay sonra dünya çempionatının oyunları başlayır.

Hamı məyusdur. Hər kəsdən üzr istəyirik. Turnirə gələ bilirik, ancaq bəlkə də, burda oynamağı bilmirik”.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM