Daha bir hücumçu Azərbaycan klubunu tərk etdi

7 İyun 2024 17:40 Turan 3 036
Daha bir hücumçu Azərbaycan klubunu tərk etdi

Mövsümləraraıs fasilədə «Turan Tovuz»dan ayrılan futbolçuların sayı 5-ə çatıb.

Son iki mövsümü burada keçirən Belajdi Pusi komandadan ayrılıb.

26 yaşlı albaniyalı hücumçu vətənində “Vlajniya” və “Skenderbeu”da oynadıqdan sonra 2022-ci ildə “Turan Tovuz”a keçmişdi.

Aydın Bayramovun «Zirə», Tərlan Əhmədlinin «Araz-Naxçıvan» və Fərid Nəbiyevin «Səbail»lə anlaşdığını xatırladaq.

Bruno Qonçalves də gələn sezonu Azərbaycanda keçirməyəcək.

Hələ yeni baş məşqçi tapmayan qərb klubu braziliyalı müdafiəçinin müqaviləsini uzatmayıb. Əyalət təmsilçisi bu barədə 1997-ci il təvəllüdlü legioneri məlumatlandırıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Oktyabr 20:00 Çək və bizə göndər!
26 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
26 Oktyabr 08:20 “Neftçi”nin ASLANları
26 Oktyabr 07:10 Leysan, dolu, sulu qar...
26 Oktyabr 04:00 “Neftçi” məğlub oldu