«Turan Tovuz»un rəhbərliyində ayrılıq halı qeydə alınıb.
10 ilə yaxındır burada çalışan Nadir Nəbiyev iş yerini itirib.
Klub rəhbərliyi ona yeni müqavilə təklif etməyib.
Nəbiyev Tovuz futbolunun əfsanəsidir. Uzun illər idman direktoru postunu tutub. Ötən ildə isə vəzifəsi dəyişdirilib, uşaq futbolunun inkişafı üzrə direktor təyin olunmuşdu.
İdarə Heyətinin sədri Ehtiram Quliyev yaxınlarda Nadir Nəbiyevə müşavir olmağı təklif eləmişdi. Odur ki, son qərar klubda şok effekti yaradıb.
SPORTİNFO.AZ