«Bir məşqçini bu şəkildə yola salmazlar.
O, həlləm-qəlləm adam deyil».
Bu fikirlər futbol eksperti Emin Abbasova məxsusdur. Tanınmış teleşərhçi ATV kanalında yayımlanan «Futbolumuz» verlişində «Turan Tovuz»un Ayxan Abbasovla yollarını ayırmasına münasibət bildirib.
Deyib ki, klub rəhbərliyi yanlış qərar verib və verdiyi vədin üzərində dayanmayıb.
Abbasov xatırladıb ki, «Turan» başbilənləri istefa xəbərindən bir həftə öncə bəyanat yayaraq, baş məşqçinin fəaliyyətindən razı olduqlarını və ona hər cür dəstək verəcəklərini bəyan etdikləri halda, son anda 180 dərəcə fərqli mövqe sərgiləyiblər
. Ekspert qeyd edib ki, burada hansısa müəmmalı epizod var və Ayxan Abbasov haqq etmədiyi bir vəziyyətlə üzləşib.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

