“Görüləcək işlərimiz çoxdur, gələcəyə oynayırıq”.
Bu açıqlamanı “Turan Tovuz”un İdarə Heyətinin sədri Ehtiram Quliyev verib.
Cari ilin əvvəlində doğma rayonunun klubunu öz himayəsinə götürən iş adamı hədəflərdən söz açıb.
Tanınmış biznesmen vaxtı çatanda “Turan”ı təhvil verə biləcəyini söyləyib: “Maddi cəhətdən istənilən yaxşı təklifə hazırıq”.
Müsahib deyib ki, hazırkı məqamda köklü işlər görmək, klubu işlək mexanizm halına gətirməyi planlaşdırırlar.
Komandanın avrukoklara vəsiqəyə iddia etmədiyini bildirən sədr vurğulayıb ki, əsas diqqəti infrastrukturun qurulmasına ayırıblar.
SPORTİNFO.AZ