"AFFA rəhbərliyi Ehtiram Quliyevi görməzdən gəlir" - VİDEO

28 Dekabr 2024 17:20 Turan 1 301
"AFFA rəhbərliyi Ehtiram Quliyevi görməzdən gəlir" - VİDEO

"AFFA rəhbərliyi onu görməzdən gəlir".

Bu sözlər futbol eksperti Emin Abbasova aiddir.

O, ATV kanalında yayımlanan «Futbolumuz» verlişində «Turan Tovuz»un İdarə Heyətinin sədri Ehtiram Quliyevin federasiyaya etdiyi müraciətə münasibət bildirib.

Tanınmış teleşərhçi əyalət klubunun rəhbərinin Tovuz stadionunun süni meydançasının dəyişdirilməsi üçün AFFA-dan kömək istəməsini dəstəkləyib.

Deyib ki, iş adamı rayon futbolu üçün mühüm işlər görür, amma ölkə futbolunun inkişafına məsul olan qurum ona laqeyd yanaşır, səsləndirdiyi təkliflərə adekvat reaksiya vermir.

E.Quliyev “Neftçi”yə qarşı keçirilən Premyer Liqanın 18-ci turunun oyunundan (1:1) sonra verdiyi açıqlamalarla gündəm olub.

Bir neçə məsələ barədə danışan iş adamı Tovuz stadionunun süni meydançasının dəyişməsi üçün AFFA-dan kömək gözlədiyini bildirib, «bu istiqamətdə bir yenilik varmı» sualına cavabında deyib:

«⁠Xeyr, yoxdur. Sizin vasitənizlə yenidən AFFA-ya müraciət edirik ki, bizə dəstək olsalar, oyunlar təbii ot örtüyündə oynanılsa, zədələrimiz az olar, oyunların keyfiyyəti artar, azarkeşlər də bundan zövq alar.

Ona görə də biz təklifimizi yenidən təkrarlayırıq. Örtüyün dəyişdirilməsi üçün xərclərin 50 faizini sponsor şirkət öz üzərinə götürür. Digər 50 faiz xərc AFFA tərəfindən qarşılansa, xoşbəxt olarıq».

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti