Panama millisinin müdafiəçisi Roderik Millerin «Turan Tovuz»a qayıtması sual altına düşüb.
İlyarımdır ölkəmizdə çıxış edən legionerə klub tərəfindən yeni müqavilə təklif olunub.
Qərb təmsilçisi onunla 1+1 illik sözləşmə imzalamaq istəyindədir. Sadəcə, onlar buna görə 32 yaşlı arxa xətt oyunçusunun maaşını artırmalıdır.
Miller daha 5000 dollar əməkhaqqı ilə kifayətlənmək niyyətində deyil.
Panamalı maaşının 10 min dollaradək artırılmasını şərt olaraq irəli sürüb.
SPORTİNFO.AZ

