
«Turan Tovuz»un baş məşqçisi Kurban Berdiyev klubun akademiyası ilə bağlı plan hazırlayıb. Ötən ay Azərbaycanda işə başlayan rusiyalı uşaq futbolunun inkişafının əcnəbilərin iş başına gətirilməsindən asılı olması qənaətindədir. 72 yaşlı çalışdırıcı təklif edib ki, akademiya ispaniyalılara tapşırılsın. O, «alt yapı»nı ayağa qaldıra biləcək mütəxəssislərin tapılmasında köməklik göstərə biləcəyini bildirib. «Rubin»in sabiq sükançısı İspaniyadan 1 koordinator və 2 məşqçi gətirməklə yeni dönəmin başlayacağını söyləyib.
SPORTİNFO.AZ