Avrokuboklara iddialı klub yerli oyunçu üçün 50 min manat təklif etdi

20 Dekabr 2024 16:20 Turan 2 186
Avrokuboklara iddialı klub yerli oyunçu üçün 50 min manat təklif etdi

«Turan Tovuz»un yeni transfer hədəfinə görə nə qədər xərcə düşməyə hazır olması bilinib.

Avrokuboklara vəsiqə qazanmaq uğrunda mübarizə aparan qərb klubu Rəhman Daşdəmmrovu sıralarına qatmağa israrlıdır.

Əyalət təmsilçisi ona görə «Sabah»a 50 min manat təzminat təklif edib. «Bayquşlar» isə hələ yekun qərarını verməyib.

Amma «Neftçi»nin yetirməsinə «get» deyəcəkləri gözlənilir. Çünki Vasili Berezutski gənc müdafiəçini əsas heyətdə düşünmür.

Yeni baş məşqçi Daşdəmirovun xidmətində maraqlı olmadığını ötən 4 matçda göstərib.

Rusiyalı çalışdırıcı son anda fikrini dəyişməsə, Rəhman 2025-cı ilə «Turan»da başlayacaq. tovuzlular onunla uzunmüddətli müqavilə imzalamağı planlaşdırır.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti