
Ayxan Abbasovun çalışdırdığı komandalar həmişə etibarlı müdafiə xətti ilə seçilib.
Dyeim budur ki, arxa cəbhən güclü olmasa da, irəli xətdə heç nə edə bilməzsən.
Abbasov bu devizdən yola çıxaraq, «Zirə» və «Sumqayıt»da müsbət nəticələr əldə eləyib.
O, həmin təcrübədən bəhrələnərək, «Turan Tovuz»u ötən mövsüm Premyer Liqanın «bərk qoz»una çevirdi. Məqsəd dəyişməyib, həminkidir. Sadəcə, bəzi futbolçuları barədə bir daha götür-qoy eləməsi labüddür.
Şəhriyar Əliyevi bilmək olmur, gah əla təsir bağışlayır, gah inanılmaz səhvlərə yol verir. Keçən mövsüm bir neçə ciddi xətadan qaça bilmədi.
«Sabah»la son qarşılaşmanı o, gərək uzun müddət unutmasın. Düşünsün ki, mən bu kapitan sarğısını qolumda daşımağa layiqəm, ya yox.
Ayxan Abbasovu qınayırlar ki, hücum futbolu oynatmır. «Turan» liqanın son 4 turunda rəqib qapılarından 9 top keçirib ey!
Hərdən statistikanı da gözdən keçirin, gözünüzü yumub ağzınızı açmayın. Bu qədər müdafiəçi içində bir Roderik Miller olmayanda aləm bir-birinə dəyir.
Şəhriyar Əliyev sözüylə komandanı motivasiya etməyi bacarırsa da, panamalının yoxluğunda nəinki yoldaşlarını, heç özünü sığortalamağı bacarmır.
KAMİL