Premyer Liqa klubu yenə böyük xərc çəkdi, aldı - Gələn ay hazır olacaq

17 Fevral 18:00 Turan 3 016
Premyer Liqa klubu yenə böyük xərc çəkdi, aldı - Gələn ay hazır olacaq

“Turan Tovuz” martın gəlişini gözləyir.

Qərb təmsilçisi gələn aydan etibarən ev oyunlarını axşam saatlarında keçirəcək.

Məlum olduğu kimi, 2023-cü il dekabrın 23-də keçirilən “Turan Tovuz” – “Araz-Naxçıvan” qarşılaşmasının gedişində Tovuz şəhər stadionunda işıq dirəklərindən biri aşıb. Bu səbəbdən matçın qalan dəqiqələri ertəsi gün oynanılıb.

Həmin vaxtdan bu yana problemin həlli istiqamətində müəyyən addımlar atılıb.

“Bakı”nın Biləcəri qəsəbəsində yerləşən keçmiş bazasından gətirilmiş işıq dirəkləri sökülüb. Elektrik xətləri ilə bərabər.

Artıq 4 yeni dirək alınıb. Hamısı yerli istehsaldır. Bunun üçün100 min manatdan çox vəsait xərclənib.

Avadanlığın quraşdırılmasına qarşıdakı günlərdə başlanacaq. Daha sonra isıqlandırma sistemi test olunacaq.

“Turan Tovuz”un İdarə Heyətinin sədr müavini Əli Babakişiyev yanvarın 18-də mətbuata verdiyi açıqlamada bildirmişdi ki, rəhbərlik hazırda bu iş üçün səfərbər olub:

“Stadionun işıq dirəyi iki aya hazır olmalıdır. Layihə yekunlaşmaq üzrədir.

Hazır olandan sonra ekspertizaya müraciət olunacaq ki, layihəmiz budur. Ondan sonra işə başlayacağıq.

Yəqin ki, qarşıdakı bir neçə ev matçını günorta saatlarında keçirəcəyik. Bu işi növbəti mövsümə saxlamayacağıq.

Dirəyin aşma səbəbi? Aidiyyəti qurumlar tərəfindən projektora baxıldı.

Dirəklər zavod məhsuludur. Ekspertizanın rəyi düşündüyümüz kimi təbii fəlakət oldu.

Çünki quraşdırılmada heç bir problem yaranmamışdı. Yəni səbəb sırf təbii fəlakətdir.

Arenanın digər işıq dirəkləri ilə bağlı heç bir narahatlıq yoxdur. Uçan dirəklə paralel dirək montaj olunacaq. Digər dirəklərlə bağlı tam rəyi isə ekspertiza verəcək”.

Digər Xəbərlər
Xəbər Lenti