COP29

"Bu, komandanın içində olan söhbətlərdir - Onlara borcumuz var idi"

4 Dekabr 2023 09:00 Turan 1 005
"Bu, komandanın içində olan söhbətlərdir - Onlara borcumuz var idi"

"Turan Tovuz" Azərbaycan Premyer Liqasının 15-ci turunda "Sumqayıt"la 2:2 hesablı heç-heçə edib.

Sportinfo.az xəbər verir ki, qərb təmsilçisinin qapıçısı Kamal Bayramov matç haqda sualları cavablandırıb:

- Matçı necə dəyərləndirirsən?

- Ağır məğlubiyyətdən sonra evdə qələbə qazanmaq istəyirdik. Matça tam ciddiyyətlə hazırlaşmışdıq. "Qəbələ"yə məğlubiyyətə görə həftə boyu üzülmüşük. Azarkeşlərimizə borcumuz var idi. Onu qaytarmaq istəyirdik. 90 dəqiqə yüksək səviyyədə oynadıq. İki gözlənilməz epizoddan qol buraxdıq. Futbolda belə şeylər olur, qaçılmazdır.

- İki fərqli hissə izlədik. İlk yarıda komandanın oyununda nə çatışmırdı?

- İlk hissədə də üstünlük bizdə idi. Deməzdim ki, rəqibə hansısa üstünlük verdik. İki epizodda diqqətsizlikdən buraxdığımız qollar psixoloji gərginlik yaratdı. Amma komanda göstərdi ki, sona qədər mübarizə aparacaq, təslim olmaq istəmir. İkinci hissədə hesabı daha da artıra bilərdik. İlk 15 dəqiqədə ən azı 4 qol vurmaq imkanımız var idi.

- Fasilədə baş məşqçi komanda ilə nə söhbət etdi?

- Bu, komandanın içində olan söhbətlərdir. Baş məşqçinin xüsusi tapşırıqları, sözləri var.

- Azarkeş təzyiqi komandanın oyununa necə təsir edir?

- Azarkeşlər həmişə qələbə istəyir. Biz də bunun üçün çalışırıq. Yaxşı oyunlarımız olub, qalib gələ bilməmişik. "Qəbələ"yə 0:4 hesablı məğlubiyyət bizi də, fanatları da məyus etmişdi. Onlara borcumuz var idi.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"