COP29

Bu adamın “əziyyət”i az olmadı - Hədiyyəsini verdizmi?

4 Noyabr 14:40 Turan 1 145
Bu adamın “əziyyət”i az olmadı - Hədiyyəsini verdizmi?

Kurban Berdiyev son həftələrdə «Turan Tovuz»a yaxşı futbol onatdıra bilmirdi.

Amma pis oynaya-oynaya udurdular.

Bəxtin və hakimlərin köməyi ilə 3 xalı hər dəfə cibə qoyurdular.

«Qarabağ»la qarşılaşmada isə fərqli «Turan»la tanış olduq. Əsl əsl ev sahibləri kimi mübarizə apardılar.

Hər iki hissədə qonaqların ödünü ağızlarına gətirdilər.

Epizodik olsa da, «Qarabağ»ı üstələməyə çalışdılar. İki-üç belə fraqment yadımda qaldı. Hamısı da qol olmalıydı.

Mateuş Koxalski əjdahaya, divə döndü, fantastik qurtarışlar etdi.

Berdiyev 5-3-2 taktiki sxemindən faydalandı, bununla «Qarabağ»ın işini çətinləşdirdi. İkipilləli «bağlı qapı»dan otağa - cərimə meydançasına daxil olmaq elə də asan deyildi.

İlk iki zonaya sıx «cəbhə zolağı» çəkən Berdiyevin planı tutdu: 3 xalı əldə etməsələr də, 1 xalı Tovuzda saxladılar.

Əliyar Ağayev də rusiyalı baş məşqçidən az «əziyyət» çəkmədi. «Turan»ın futbolçularını qorudu.

Bəzi epizodlarda sarı vərəqələri cibindən çıxartmadı. Mübahisəli anlarda «Turan»a simpatiyasını gizlətmədi.

Klubun idman və marketinq üzrə direktoru Səməd Nəsibovu görən olsa, gərək ondan soruşsun - oyundan sonra «Turan»ın formasını Əliyar Ağayevə hədiyyə etdilər, ya yox.

MUSA

Digər Xəbərlər
Xəbər Lenti