Başından zərbə aldı, beyini silkələndi – İndi vəziyyəti necədir?

4 Mart 11:40 Turan 1 236
Başından zərbə aldı, beyini silkələndi – İndi vəziyyəti necədir?

"Turan Tovuz"un qapıçısı Aydın Bayramovun vəziyyətinə aydınlıq gəlib.

Premyer Liqanın 25-ci turunda səfərdə "Zirə" ilə qarşılaşan qərb təmsilçisinin kiperinn sağlıq durumunda ciddi problem aşkarlanmayıb.

MRT olunan "əlcək sahibi"nə yüngülvari beyin silkələnməsi diaqnozu qoyulub. Yəni ki, qarşıdakı turlarda forma geyinməsi mümkündür.

28 yaşlı qolkiper ikinci hissədə rəqibin hücumçusu Eldar Quliyevlə mübarizədə başından zərbə alıb. O, həkimlərin müdaxiləsindən sonra bir neçə dəqiqə meydanda qalıb.

Bayramov daha sonra özünü narahat hiss etdiyi üçün 76-cı dəqiqədə Tərlan Əhmədli ilə əvəzlənib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti