"Turan”dan 10… Bu ev mənim, bu ev sənin, bu ev hamının!

11 Mart 16:40 Turan 502
"Turan”dan 10… Bu ev mənim, bu ev sənin, bu ev hamının!

"Turan Tovuz" Azərbaycan Premyer Liqasında 10-cu ev qələbəsini qazanıb.

Sportinfo.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, bu, XXVI tura təsadüf edib.

Ayxan Abbasovun yetirmələri "doğma divarlar" arasında “Araz-Naxçıvan”ın qapısından iki cavabsız qol keçirib.

10-cu ev qələbəsi 31-ci matça təsadüf edən Tovuz təmsilçisi öz meydanında 8 heç-heçə edib və 13 dəfə uduzub.

“Turan Tovuz”un ilk ev qələbəsi Premyer Liqada debüt etdiyi 2022/2023 mövsümünə təsadüf edib. Tovuzlular 2022-ci il sentyabrın 9-da “Kəpəz”i 2:0 hesabı ilə üstələyib.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!