«Turan Tovuz» bürokratik əngəllə üzləşib.
Klub ev oyunlarını keçirdiyi stadionun ərazisində uşaq futbol akademiyası üçün nəzərdə tutulmuş yardımçı bina inşa etsə də, tikintiyə nəzarət üzrə müvafiq qurumlar onun istifadəyə verilməsinə hələlik «ok» demirlər.
Qərb təmsilçisinin bununla bağlı etdiyi müraciətlərə doğru-dürüst cavab verən yoxdur. Odur ki, hazırda binada heç bir iş aparılmır.
Avadanlıqların quraşdırılması qeyri-müəyyən müddətə ertələnib. Bu isə akademiyanın normal fəaliyyət göstərməsinə ciddi maneə törədir.
Çünki ətraf rayonlardan xeyli sayda uşaq müxtəlif yaş qrupları üzrə komandalara cəlb olunub və onların yerləşdirilməs mütləqdir.
Bu azyaşlıların əksəriyyəti kasıb ailələrin övladlarıdır, hər gün yolpulu tapmaq valideynləri üçün ciddi çətinlik törədir.
Təəssüf ki, aidiyyatlı təşkilatların nümayəndələri bunu başa düşmür, yaxud düşmək istəmir. Güman ki, hansısa şəxsi maraqları üçün…
SPORTİNFO.AZ

