"Neftçi"nin futbolçusunu vurdu, 3000 manatlıq “işə düşdü”

3 May 2024 14:20 Turan 1 317
"Neftçi"nin futbolçusunu vurdu, 3000 manatlıq “işə düşdü”

AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasının XXXII turunda keçirilən “Neftçi” – “Turan Tovuz” oyununda (3:0) baş verən qayda pozuntuları ilə bağlı cəzaları açıqlayıb.

Sportinfo.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmanın 63-cü dəqiqəsində Tovuz klubunun braziliyalı legioneri Bruno Qonçalves təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 2-si şərti olmaqla 4 oyun cəzalanıb.

“Turan" 3000 manat “tərləyib”. Sınaq müddəti 3 ay təyin edilib.

Bundan başqa, qarşılaşma üçün təyin olunan FHN maşını vaxtından gec gəldiyi üçün “Neftçi” 1000 manat cərimə edilib.

Matç bitdikdən sonra futbolçuların avtobusa rahat daxil olmasına şərait yaradılmadığına görə də ”ağ-qaralar” 500 manat cərimə ödəməli olacaq.

Azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə Tovuz klubu 1000 manat cərimələnib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti