Bu, “Neftçi”nin işinə yarayacaq - Problemləri çoxdur

24 Fevral 11:40 Turan 472
Bu, “Neftçi”nin işinə yarayacaq - Problemləri çoxdur

“Turan Tovuz” “Neftçi” ilə görüşdə aparıcı futbolçusunun xidmətindən yararlana bilməyəcək.

Qərb təmsilçisinin hücumçusu Luis Paçu sıradan çıxıb.

27 yaşlı braziliyalı futbolçu aldığı zədəyə görə həftəiçi məşqlərdə iştirak edə bilməyib. “Ağ-qaralar”la oyunun hazırlığı kollektivlə keçə bilməyən “7 nömrə”nin “Neftçi”ylə qarşılaşmada əsas heyətdə yer almayacağı dəqiqdir.

Adı ən yaxşı halda “23-lüy”ə salına bilər ki, hətta bu baş versə belə, meydana çıxması çətin məsələdir.

Paçu cari mövsümdə Premyer Liqada şans qazandığı 16 matçda 4 qolla yadda qalıb.

Fevralın 24-də keçiriləcək “Turan Tovuz” – “Neftçi” qarşılaşması saat 15:00-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti