COP29

"Neftçi" ilə oyundan öncə bir sıra problemlərlə üzləşdilər

28 Aprel 01:10 Turan 604
"Neftçi" ilə oyundan öncə bir sıra problemlərlə üzləşdilər

"Turan Tovuz" Azərbaycan Premyer Liqasının 32-ci turunda səfərdə "Neftçi"nin qonağı olacaq.

Sportinfo.az saytına verilən məlumata görə, qərb bölgəsi təmsilçisi görüşə ciddi itkilərlə çıxacaq.

Tovuzluların müdafiəçisi Roderik Miller zədəlidir. Yarımmüdafiəçi Fərid Yusiflinin oynayıb-oynamayacağı matç günü bəlli olacaq.

Ayxan Quseynovla Denis Marandiçi isə cəzalı durumdadır. Hər iki futbolçu 4-cü sarı vərəqə aldığı üçün oyunu buraxacaq.

"Neftçi" - "Turan Tovuz" qarşılaşması bu gün saat 17:45-də "Neftçi Arena"da baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti