Premyer Liqa klubu çoxdandır səbrsizliklə gözlənilən qərarı verdi

30 Aprel 2024 14:00 Turan 3 942
Premyer Liqa klubu çoxdandır səbrsizliklə gözlənilən qərarı verdi

«Turan Tovuz» rəhbərliyi mühüm qərar qəbul edib.

Buna əsasən Tovuz şəhər stadionunun meydançasının dəyişdiriləcəyi dəqiqləşdirilib.

Söküntü işlərinə mayın sonunda start veriləcək. Süni qazon bir neçə gün ərzində yığışdırılacaq.

Ondan ehtiyat meydançasının salınmasında istifadə olunacaq. Əvəzində burada təbii meydança salınacaq.

Bu işi görəcək şirkətlə artıq ümumi razılığa gəlinib. Onlar 3 ay ərzində prosesi başa çatdıracaqlarına dair öhdəlik götürüblər.

Qazonun təhvil prosesi avqustun ilk həftəsinə çatmasa, «Turan Tovuz» Peşəkar Futbol Liqasına müraciət edərək, növbəti mövsümün ilk ev oyunlarının yerinin dəyişdirilməsini istəyəcək.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti