Milli komandaların oyunları ilə bağlı Azərbaycanı tərk edən futbolçulardan biri də Rojerik Miller idi.
Panama millisinin aparıcı simalarından olan “Turan Tovuz”un müdafiəçisi Yamayka ilə matç üçün okeanın o tayına yollanmışdı.
KONKAKAF Millətlər Liqası çərçivəsində keçirilən Panama-Yamayka qarşılaşması ikincilərin 1:0 hesablı qələbəsi ilə başa çatıb ki, start heyətində meydana çıxan tovuzluların legioneri 68-ci dəqiqədə Abdiel Ayarza ilə əvəzlənib.
Miller həmin oyunda geyindiyi 14 nömrəli futbolkanı özü ilə Bakıya gətirib. Və onu “Turan Tovuz”dakı komanda yoldaşı Brunao Qonçalveşə hədiyyə edib.
Braziliyalı futbolçu sosial şəbəkə hesabında hədiyyə üçün Rojerikə təşəkkür edib.
HƏBİB / SPORTİNFO.AZ