Azərbaycan klubunun müdafiəçisi “Qızıl kubok”un finalına yüksəldi - VİDEO

14 İyul 2023 03:10 Turan 1 346
Azərbaycan klubunun müdafiəçisi “Qızıl kubok”un finalına yüksəldi - VİDEO

Şimali Amerika, Mərkəzi Amerika və Karib hövzəsi (KONKAKAF) Qızıl Kubokunda finalçılar məlum olub.

Sportinfo.az xəbər verir ki, həlledici görüşə vəsiqə uğrunda Panama və ABŞ üz-üzə gəlib.

Qarşılaşmanın əsas vaxtı qolsuz bərabərliklə başa çatıb.

Tərəflər əlavə vaxtda hərəyə bir dəfə fərqləniblər. Penaltilər seriyasında rəqibini 5:4 hesabı ilə məğlub edən Panamai finala yüksəlib.

Panama millisinin şərəfini qoruyan "Turan Tovuz"un futbolçusu Roderik Miller bu qarşılaşmanın iştirakçısı olmayıb. 31 yaşlı müdafiəçi sonadək ehtiyat oyunçular skamyasında əyləşib.

Digər finalçı isə Yamaykanı 3:0 hesabı ilə məğlub edən Meksika yığması olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti