"Turan" Türkiyəyə yollandı

14 İyul 2023 02:30 Turan 937
"Turan" Türkiyəyə yollandı

Yeni mövsümə hazırlığını davam etdirən "Turan Tovuz" Türkiyəyə yollanıb.

Sportinfo.az xəbər verir ki, qərb təmsilçisi iyulun 28-dək Ankaranın Qızılcahamam bölgəsində yerləşən "Cam" otelində məskunlaşacaq.

Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv burada üç yoxlama görüşü keçirəcək.

Rəqiblərdən biri "Adana Dəmirspor" (17 iyul ), digəri isə "Eyüpspor"dur. Digər iki komandanın adı hələ açıqlanmayıb.

"Turan Tovuz" Bakıdakı hazırlıq çərçivəsində "Araz-Naxçıvan"ı 5:1 hesabı ilə məğlub edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti