Azərbaycanlı klub sahibi bu işə nə vaxt başlayacaq?

11 Aprel 14:20 Turan 1 127
Azərbaycanlı klub sahibi bu işə nə vaxt başlayacaq?

«Turan Tovuz»un yeni bazasının təməlinin nə vaxt atılacağı hələ dəqiqləşməyib.

Bu barədə Sportinfo.az-a klubun idman və əməliyyatlar üzrə direktoru Səməd Nəsibov məlumat verib.

Onun bildirdiyinə görə, hazırda proses ərazinin lahiyələndərilməsi mərhələsindədir.

Təcrübəli funksioner qeyd edib ki, texniki işlər başa çatandan sonra layihə qiymətləndiriləcək və inşaatın tarixi müəyyənləşdiriləcək.

Yeni baza Tovuz şəhərinin mərkəzinə yaxın hissədə tikiləcək. Qərb təmsilçisinin İdarə Heyətinin sədri Ehtiram Quliyev buranı ötən ilin payızında alıb.

Çoxfunksiyalı bazanın ərazisi bir neçə hektardan ibarətdir. Burada inzibati bina və otellə yanaşı, 4 meydançanın tikilməsi nəzərdə tutulur.

Digər Xəbərlər
Xəbər Lenti