COP29

"Qarabağ"a 3 qol vurub, sonda uduzmaq adama çox pis təsir edir”

19 May 01:20 Turan 542
"Qarabağ"a 3 qol vurub, sonda uduzmaq adama çox pis təsir edir”

“Belə oyundan sonra danışmaq bir az çətin olur.

1 xal da bizim üçün çox önəmli idi, çünki “Səbail”lə xal fərqini bir qədər də artırmaq istəyirdik”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Turan Tovuz”un qapıçısı Aydın Bayramov Premyer Liqanın 35-ci turunda “Qarabağ”a 3:4 hesabı ilə uduzduqları oyun nhaqda deyib.

O, məğlubiyyətə konkret səbəb gətirməkdə çətinlik çəkib:

“Oyunu analiz etmək lazımdır. İndi dəqiq bir söz söyləməkdə çətinlik çəkirəm.

Bəlkə də axırıncı qolda hakim səhvi var idi, bəlkə də yox idi. Epizoda diqqətlə baxmaq lazımdır.

Ola bilər, konsentrasiya çatmadı. Yaxud sona qədər mübarizə aparmadıq”.

A.Bayramov “Qarabağ”ın meydana bəzi aparıcı futbolçuları olmadan çıxması fikrinə belə münasibət bildirib:

“Qarabağ”da birinci-ikinci heyət anlayışı yoxdur. Xüsusən də Azərbaycan çempionatında.

Hücum xəttində yer alan dördlüyə baxsanız, görəcəksiniz ki, bizə qarşı oynayan əsas heyət idi. Onlara qarşı oynamaq hər zaman çətindir.

Düzdür, “Qarabağ”a 3 qol vurmaq da çətindir. 3 qol vurub, yekunda uduzmaq adama çox pis təsir edir”.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!