Sportinfo.az xəbər verir ki, “Turan Tovuz”un baş məşqçisi Kurban Berdiyev Premyer Liqanın 24-cü turunun “Şamaxı” ilə oyunu (1:0) haqda sualları cavablandırıb.
- Çətin oyun oldu. Şərtlər hər iki komanda üçün bərabər idi. Mübarizə aparmaq asan deyildi. Hər iki tərəfin fürsətləri oldu. Allaha şükürlər olsun ki, qələbə qazandıq.
- Hakimliklə bağlı hər hansı narazılığınız yoxdur?
- Xeyr. Hakimlər oyunu yaxşı idarə etdilər.
- Komandanız günü-gündən inkişafdadır. Avrokubok şansı haqda nə deyə bilərsiz?
- Oyundan-oyuna hazırlaşırıq. Bütün fikrimizi önümüzdəki matça yönəldirik. Sonda necə olacağını Allah bilir. Necə məsləhətdirsə, elə də olacaq.

