Berdiyev: “Şükürlər olsun ki...”

23 Fevral 2025 18:00 Turan 1 019
Berdiyev: “Şükürlər olsun ki...”

"Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev Premyer Liqanın 24-cü turunda "Şamaxı"ya 1:0 hesabı ilə qalib gəldikləri oyundan danışıb.

Sportinfo.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında deyib:

"Çətin oyun oldu. Meydançada şərtlər uyğun olmasa da hər iki komanda üçün eyni idi. Asan deyildi.

Çox çətin mübarizə oldu. Həm qələbəyə, həm də uşaqların göstərdikləri xarakterə görə çox şadam.

Hər iki tərəfin müəyyən imkanları oldu. Şükürlər olsun ki, qələbə qazandıq".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti