Avrokuboklara iddialı klub üçüncü transferini açıqladı

9 Yanvar 01:50 Turan 842
Avrokuboklara iddialı klub üçüncü transferini açıqladı

"Turan Tovuz" qış fasiləsində növbəti transferini həyata keçirib.

Sportinfo.az xəbər verir ki, Tovuz təmsilçisi "Kəpəz"dən Orxan Əliyevi heyətinə qatıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

29 yaşlı futbolçu ilə 2025-2026-cı illər mövsümünün sonunadək müqavilə bağlanılıb.

Son olaraq “Kəpəz”in formasını geyinən hücumçu daha öncə “Sumqayıt”, “Xəzər-Lənkəran”, “Zirə”, “Səbail”, “Araz-Naxçıvan”ın şərəfini qoruyub.

"Turan Tovuz" qış fasiləsində Mahaçqala "Dinamo"sundan Anton Kraçkovskini və "Sumqayıt"dan Rəhim Sadıxovu transfer edib.

Digər Xəbərlər
Xəbər Lenti
15 Dekabr 18:50 Çək və bizə göndər!
15 Dekabr 08:30 Zamiq oynadı, uddular
15 Dekabr 02:30 Ay Can, ay Can...