"Turan Tovuz"da YIĞINCAQ

29 Dekabr 2024 03:30 Turan 1 059
"Turan Tovuz"da YIĞINCAQ

“Turan Tovuz” Futbol Akademiyasının U-19, U-17, U-16 və U-15 komandalarının üzvlərinə irqçiliyə qarşı mübarizə​ ​ilə bağlı seminar keçirilib.

Sportinfo.az xəbər verir ki, Tovuz şəhər stadionunda​ keçirilən​ tədbirdə akademiyanın​ ​ koordinatoru Ülfət Mədətov, futbolda sosial məsuliyyət üzrə məsul şəxsi Elmir Musayev bu mövzuda​ mühazirə oxuyublar, maarifləndirici təqdimatlar ediblər.

Tədbirdə həyatın bütün sferalarında olduğu kimi futbolda da irqçiliyə yer olmadığı vurğulanıb, bu mövzu ətrafında geniş müzakirələr və fikir mübadilələri​ aparılıb.​

Digər Xəbərlər
Xəbər Lenti
6 Noyabr 18:10 Çək və bizə göndər!