Portuqaliyadan olan hücumçu “Turan Tovuz” yolunda

24 Dekabr 2024 10:40 Turan 2 354
Portuqaliyadan olan hücumçu “Turan Tovuz” yolunda

«Turan Tovuz» yeni legionerlə danışıqlar aparır.

Bu barədə klubdan redaksiyamıza məlumat verilib.

Bildirilib ki, Portuqaliyadan olan hücumçu ilə görüşmələr müsbət axarda davam edir. Kurban Berdiyevin diqqətini çəkən forvarda başqa təkliflər də var.

Lakin o, daha yüksək maaş təklif eləyən «Turan»ın çağırışına daha isti münasibət göstərir.

Baş məşqçi həmin qolçuyla ilyarımlıq müqavilənin imzalanmasına dair funksionerlərə göstəriş verib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti