Kurban Berdiyev köhnə tanışını indi də “Turan”a gətirir

21 Dekabr 2024 00:50 Turan 2 211
Kurban Berdiyev köhnə tanışını indi də “Turan”a gətirir

Turan Tovuz” qış transfer pəncərəsində heyətini yeni futbolçu ilə gücləndirəcək.

Sportinfo.az xəbər verir ki, bölgə təmsilçisi “Dinamo”da (Mahaçqala) çıxış edən Anton Kraçkovskini transfer etməyə yaxındır.

Bu barədə football.kulichki.net mətbuatı məlumat yayıb.

"Turan Tovuz" 22 yaşlı yarımmüdafiəçinin keçidi ilə bağlı Mahaçqala klubu ilə razılığa gəlib.

"Turan Tovuz" rəhbərliyi Antonu baş məşqçi Kurban Berdiyevin istəyi ilə transfer edir. Futbolçu Rusiyanın Premyer Liqa təmsilçisində icarə əsasında oynayacaq.

Anton Kraçkovski “Dinamo”ya da 2023-cü ildə məhz K.Berdiyevin istəyi ilə Qazaxıstanın “Kayrat” komandasından cəlb edilmişdi.

Bu mövsüm Rusiya Premyer Liqasında 7 matçda forma geyinib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti