COP29

Kurban Berdiyev klub rəhbərliyini saymadı, hesabat verməkdən İMTİNA ETDİ!

5 Dekabr 2024 14:00 Turan 1 637
Kurban Berdiyev klub rəhbərliyini saymadı, hesabat verməkdən İMTİNA ETDİ!

«Turan Tovuz» son vaxtlar qeyri-sabit çıxış edir.

Premyer Liqanın 15-ci turunda «Araz-Naxçvan»a 0:1 hesabıyla uduzan qərb klubu artıq ölkə kubokuyla da vidalaşıb.

Tovuzda «Sabah»a penaltilər seriyasında yenilməklə mübarizəni ¼ final mərhələsində dayandıran komandanın artıq 1 yolu qalıb - əgər çempionatda liderlər qrupundan qopsalar, avrokuboklara vəsiqə qazana bilməyəcəklər.

Gözlənildiyi kimi, mövcud vəziyyət klub rəhbərliyini qayğılandırır. Təəssüf ki, Kurban Berdiyevin reaksiyası adekvat deyil.

Baş məşqçi onlara hesabat verməkdən imtina edib. Rusiyalı çalışdırıcı uğursuz gedişatı vecinə almırmış kimi davranır.

72 yaşlı qoca Ehtiram Quliyevə və onun funksionerlərinə qətiyyən isti münasibət bəsləmir.

Tərəflər gərginlik içindədir. Artıq bir neçə aydır ki, bu, belədir.

Berdiyev rəsmiləri yaxına buraxmır, komandanın durumuna dair fikir mübadiləsi aparmır. Adamlar rəsmən ondan qorxurlar.

Sabiq «Rostov»lu dəhlizdə görünəndə, hərəsi qaçıb bir küncdə gizlənir. Berdiyevin bir qıyqacı baxışı bəs eləyir ki, hamısı öz «pay»ını götürsün.

İdarə Heyətinin sədri hələlik «Baba» ilə açıq konfliktə girmir. İşçilərinə də baş məşqçi ilə ehtiyatla davranmağı, verdiyi hər tapşırığı vaxtında yerinə yetirmələrini tapşırıb.

Əlbəttə, bu da bir yerə kimidir. Hər şey nəticəyə bağlıdır. Komanda iddiasını itirdikcə, heç şübhəsiz, toqquşmalar qaçılmazdır. Ehtiram Quliyev hələlik səbrini basır.

Qitə arenasına vəsiqə şansı hazırda qalmaqdadır: Premyer Liqada üçüncü yerdə gedirlər.

Qarşıdakı həftələr bu mənada çox əhəmiyyətlidir. Qələbələr gəlməsə, qış fasiləsində baş məşqçi ayrılığı gündəmi «zəbt edəcək».

Onsuz da, Berdiyev bəhanə axtarır ki, aradan çıxsın. İndiyədək iki-üç dəfə belə məqam arayıb və getmək istədiyini bildirib.

P.S. Düşərgədə yaşanan son proseslərlə bağlı klub nümayəndələrini dinləməyə hazırıq. Təbii, hörmətli Ehtiram Quliyev onlara icazə versə.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti