Premyer Liqa kluunun funksionerinin səhhəti pisləşdi, komaya düşdü - SON DƏQİQƏ

28 Noyabr 2024 09:00 Turan 1 584
Premyer Liqa kluunun funksionerinin səhhəti pisləşdi, komaya düşdü - SON DƏQİQƏ

«Turan Tovuz»un rəisi İman Həsənovun səhhətində ciddi problem yaranıb.

Uzun illərdir Tovzda klubunda çalışan funksioner insult keçirib.

Hadisə dünən Bakıda, onun yaşadığı evdə baş verib. Qəflətən halı pisləşən Həsənov 6 saat sonra xəstəxanaya çatdırılıb.

Həkimlər klub rəsmisinin beyninə qan sızmasını müəyyənləşdirib. Və o, əməliyyata alınıb.

Pasiyent hazırda komadadır. Vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti